logo

Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır:Bakıda hərbçilərin yürüşləri keçirilir

09:59 15-09-2021 | icon 5642
Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır:Bakıda hərbçilərin yürüşləri keçirilir

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakının mərkəzi küçələrində və meydanlarında “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

YeniAvropa xəbər verir ki, Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib. Yürüşlərdən əvvəl Azərbaycanın dövlət himni səsləndirilib.

Orkestr və şəxsi heyət Bülbül, Neftçilər prospektləri, Azadlıq Meydanı marşrutu üzrə hərəkət edirlər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə hər qoşun növünə aid bir qutu olmaqla ümumilikdə üç qutu hərbi orkestrin müşayiəti ilə həmin istiqamətlərdə yürüş edir.