2021-ci ilin 7 ayı ərzində ölkədə 42 134 ölüm halı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,2 təşkil edib.
Xatırladaq ki, rəsmi məlumata əsasən bu ilin ilk 7 ayında COVİD-19 səbəbindən Azərbaycanda 2357 nəfər dünyasını dəyişib.