logo

Daha bir icra başçısı həbsxanada  koronavirusa yoluxdu

16:11 14-09-2021 | icon 1750
Daha bir icra başçısı həbsxanada  koronavirusa yoluxdu

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev koronavirusa yoluxub.

 YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Vəkil bildirib ki, Quliyevin vəziyyəti ağırlaşdığından onu Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürüblər: "Həkimlərin rəyinə əsasən, o, şəkərli diabet, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir. Hazırda vəziyyəti stabildir”.

Qeyd edək ki, Mahir Quliyev bu il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb.