logo

İlham Əliyev Şəmkir rayononuna yeni icra başçısı təyin etdi

14:34 14-09-2021 | icon 1792
İlham Əliyev Şəmkir rayononuna yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev sentyabrın 14-də Şəmkir rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Rəşad Ənvər oğlu Tağıyev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Xatırladaq ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.