logo

Koronavirusa yoluxan Səyyad Əlizadənin durumu ağır olaraq qalır

10:44 14-09-2021 | icon 153860
Koronavirusa yoluxan Səyyad Əlizadənin durumu ağır olaraq qalır

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu ağır olaraq qalır.

 YeniAvropa xəbər verir ki, bu barədə müğənninin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

"Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub.

O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada reanimasiya şöbəsində müalicə alır.