logo

Salyanda "Ford" yolda velosipedçini vurub öldürdü

16:56 13-09-2021 | icon 8953
Salyanda "Ford" yolda velosipedçini vurub öldürdü

Salyan rayonunun Düzənlik kəndi ərazisində velosiped sürən Məhəmməd Əliyev Xələc kənd sakini S.Babayevin idarə etdiyi “Ford” markalı avtomobillə vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, nəticədə M.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.