Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayonun Qala qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sadıx Ağayev Bakı şəhər sakini S.Mehdiyevin idarə etdiyi “Toyota” markalı avtomobillə vurulub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.