logo

Azərbaycan II MDB Oyunlarına ev sahibliyi etmək niyyətindədir

17:49 09-09-2021 | icon 1946
Azərbaycan II MDB Oyunlarına ev sahibliyi etmək niyyətindədir

Azərbaycan MDB ölkələrinin II Oyunlarına namizədliyini rəsmən irəli sürüb.

YeniAvropa xəbər verir ki, bu barədə MDB-yə üzv ölkələrin Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Şurasının iclasında Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov bildirib.

O, çıxışında son zamanlar Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyi, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb.  Namiq Novruzov II MDB Oyunlarını da təşkil etməyə hazır olduqlarını vurğulayıb.

Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb.

Şuranın iclasında bildirilib ki, I MDB Oyunlarına ev sahibliyi edəcək ölkənin adı MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında açıqlanacaq. 

Qeyd edək ki, növbəti MDB Oyunlarının 2023-cü ildə təşkil olunacaq.