logo

İntim videosu yayılan YAP Binəqədi rayon təşkilatının sədri sabah partiyadan qovulacaq

10:01 09-09-2021 | icon 8092
İntim videosu yayılan YAP Binəqədi rayon təşkilatının sədri sabah partiyadan qovulacaq

“Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılmış, heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib”.

YeniAvropa xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib. Qeyd edilib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb.Belə ki, videodanışıq zamanı ekran görüntüsünün qeydə alındığından xəbəri olmayan 67 yaşlı sədr Ramiz Göyüşov ehtirasına hakim ola bilməyib. Görüntülü danışıq zamanı qarşı tərəfin pornoqrafik hərəkətlərindən ehtiraslanan YAP Binəqədi rayon təşkilatının sədri masturbasiya ilə məşğul olmağa başlayıb. 

Etik qaydalara uyğun olaraq, videonu tam şəkildə təqdim edə bilmirik.