logo

Dövlət Neft Fondu “Şahdəniz”dən 3,7 milyard dollar gəlir əldə edib

18:58 06-09-2021 | icon 8834
Dövlət Neft Fondu “Şahdəniz”dən 3,7 milyard dollar gəlir əldə edib

Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 130 milyon 137 min ABŞ dolları olub.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən, 8 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 57 milyon 131 min dollar təşkil edib.

2007-ci ildən cari il sentyabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 797 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəlirləri 293,9 milyon dollar təşkil edib.