logo

Azərbaycan-Türkiyə-Pakistan(“Üç qardaş - 2021”) hərbi təlimlərinə hazırlığa başlanılıb

16:36 06-09-2021 | icon 8610
Azərbaycan-Türkiyə-Pakistan(“Üç qardaş - 2021”) hərbi təlimlərinə hazırlığa başlanılıb

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.

Xatırladaq ki, daha əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real TV"yə müsahibəsində prezident İlham Əliyevin tapşırığı ilə sentyabr ayında üç qardaş ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcəyini bildirib.