logo

Boksçumuz Məhəmməd Abdullayev də "Tokio-2020" ilə vidalaşdı

09:33 29-07-2021 | icon 1995
Boksçumuz Məhəmməd Abdullayev də "Tokio-2020" ilə vidalaşdı

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Tokio Olimpiadasında mübarizəni dayandırıb.

YeniAvropa xəbər verir ki,  təmsilçimiz ikinci döyüşündə özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov ilə qarşılaşıb. Döyüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb.

Daha əvvəl bokçularımızdan Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq) da Olimpiadaya erkən vida ediblər.