logo

Cüdoçumuz Zelim Kotsoyev də "Tokio-2020"ni medalsız başa vurub

09:19 29-07-2021 | icon 1855
Cüdoçumuz Zelim Kotsoyev də "Tokio-2020"ni medalsız başa vurub

Azərbaycanın legioner cüdoçusu Zelim Kotsoyev Tokio Olimpiadasında növbəti görüşünü keçirib.

YeniAvropa xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız kanadalı Şadi Elhanasa məğlub olub. Bundan əvvəl isə cüdoçumuz startda fransalı Aleksandr İddira qalib gəlib.

Azərbaycan "Tokio-2020"də 9 cüdoçu ilə təmsil edilir. Onlardan 7-si artıq mübarizəni dayandırıb. Belə ki, daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (83 kq) və Məmmədəli Mehdiyev (91 kq) yarışı medalsız başa vurublar. R.Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Hazırda yarışda cəmi 2 cüdoçumuz qalıb. Hər ikisi milliləşdirilmiş legioner olan bu idmançılarımızdan iyulun 30-da tatamiyə çıxıcaq Uşangi Kokauri (+100 kq) də mübarizəyə 1/16-dan, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə 1/8 finaldan qoşulacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.