logo

Bakıda 3-cü "ASAN Kommunal" açıldı

17:11 28-07-2021 | icon 1855
Bakıda 3-cü "ASAN Kommunal" açıldı

İyulun  28-də Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 38 ünvanında yerləşən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub.  

YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev , “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov,  "Azərsu” ASC-nin sədr müavini və sədr vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov iştirak ediblər.

Agentliyin rəhbəri Ülvi Mehdiyev qonaqları mərkəzdə yaradılmış şəraitlə tanış edib.

Əsasən Nizami, Xətai və Sabunçu rayonlarında qeydiyyatda olan, ümumilikdə 738 900 vətəndaşın əhatəsində yerləşən mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə göstərilən 110 adda xidmətdən 21-i məhz “Azəriqaz” İB-nin payına düşür ki, bunlara - itirilmiş və ya zədələnmiş smart kartın bərpası, abonent məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpası və s. xidmətlər aiddir. Digər xidmət sahələrində olduğu kimi əməkdaşlarımız bu mərkəzdə də müştəri məmnuniyyətinə nail olaraq vətəndaşlara yüksək xidmət göstərəcəklər.