logo

İlham Əliyev Kəlbəcər və Laçında yol tikintisi üçün 10 milyon manat ayırdı

15:18 28-07-2021 | icon 1624
İlham Əliyev Kəlbəcər və Laçında yol tikintisi üçün 10 milyon manat ayırdı

Prezident İlham Əliyev iyulun 28-də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılıb.