logo

Ermənistan Rusiyanın atəşkəs təşəbbüsünə məhəl qoymur

11:07 28-07-2021 | icon 2702
Ermənistan Rusiyanın atəşkəs təşəbbüsünə məhəl qoymur

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan edilməsi ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul olunub.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

"Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir",-deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.