logo

Xalq artisti Səməd Səmədov vəfat edib

17:49 24-07-2021 | icon 13237
Xalq artisti Səməd Səmədov vəfat edib

Xalq artisti Səməd Səmədov iyulun 24-də vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib. Tanınmış estrada müğənnisi kimi sevilən ifaçı 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.