logo

Şəmkirdə "Mercedes" "Jiquli" ilə toqquşdu:ərlə arvad öldü

22:48 23-07-2021 | icon 4648
Şəmkirdə "Mercedes" "Jiquli" ilə toqquşdu:ərlə arvad öldü

Şəmkir rayonunda ölümlə nəticələn ağır avtomobil qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində  "Jiquli"də olan 1936-cı il təvəllüdlü Əli Ələkbərov və onun həyat yoldaşı,1954-cü il təvəllüdlü Gülvar Ələkbərova hadisə yerində ölüblər.