logo

Ermənilərin Kəlbəcərdə  snayperlə vurduğu Fərmanın atası da şəhid imiş

21:20 23-07-2021 | icon 1757
Ermənilərin Kəlbəcərdə  snayperlə vurduğu Fərmanın atası da şəhid imiş

Bu gün şəhid olan gizirimiz, 1993-cü il təvəllüdlü Yaqublu Fərman Telman oğlunun atası da şəhid imiş.

YeniAvropa xəbər verir ki, şəhid gizirimiz Vətən müharibəsi iştirakçısı olub. O, prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhid Fərmanın atası Yaqubov Telman Fərman oğlu da şəhiddir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin atası Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.