logo

Baş Prokurorluq və DİN-dən  Sabirabaddakı qətl barədə açıqlama

20:52 23-07-2021 | icon 1701
Baş Prokurorluq və DİN-dən  Sabirabaddakı qətl barədə açıqlama

İyulun 22-si saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkarlanması faktı ilə bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri, 1995-ci il təvəllüdlü Əliağa Sultanovun iyulun 21-də saat 21 radələrində Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində sonuncunun məskunlaşdığı otaqda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ona kəsici-deşici və küt alətlərlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürdüyü müəyyən olunub.

Əliağa Sultanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam edir.