logo

Azərbaycanda ilk yarımildə 14 min 928 cinayət hadisəsi qeydə alınıb

18:58 23-07-2021 | icon 1722
Azərbaycanda ilk yarımildə 14 min 928 cinayət hadisəsi qeydə alınıb

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində bu ilin birinci yarısında əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə ümumilikdə 14 min 928 cinayət hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə iyulun 23-də baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, bu cinayət hadisələrinin yalnız 1 faizini xüsusilə ağır cinayətlər təşkil edib. Keçmiş illərdən bağlı qalmış 207 cinayətin daxili işlər orqanları ilə birgə açılması təmin edilib. Bundan başqa, 435 cinayətkar qrup zərərsizləşdirilib.