logo

İlham Əliyev Naftalanda yolların əsaslı təmirinə 3 milyon manat ayırdı

14:55 23-07-2021 | icon 1764
İlham Əliyev Naftalanda yolların əsaslı təmirinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev iyulun 23-də "Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılsın".