logo

Azərbaycanın bank sektorunun aktivləri 34 milyard manata çatır

14:44 23-07-2021 | icon 2576
Azərbaycanın bank sektorunun aktivləri 34 milyard manata çatır

İyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 milyard 69,9 milyon manat təşkil edib.

 YeniAvropa  Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bankların aktivlərinin 13 milyard 657,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 28 milyard 220,1 milyon manat, depozit portfeli 22 milyard 125 milyon manat olub ki, bunun 8 milyard 270,7 milyon manatı fiziki, 13 milyard 854,3 milyon manatı hüquqi şəxslərin depozitləridir.

Balans kapitalı 4 milyard 849,8 milyon manata çatıb.