logo

Tokio Olimpiadası iştirakçılarından artıq 110 nəfər COVİD-19-a yoluxub

10:10 23-07-2021 | icon 2184
Tokio Olimpiadası iştirakçılarından artıq 110 nəfər COVİD-19-a yoluxub

Bu gün, iyulun 23-də rəsmi açılış mərasimi keçiriləcək "Tokio-2020" Yay  Olimpiya Oyunlarının daha 19 iştirakçısında COVİD-19 virusu aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Oyunların təşkilat komitəsinin yaydığı açıqlamada deyilir.

Xəbərdə qeyd edilir ki, yeni yoluxanlardan üçü Atletlər kəndində yaşayan rezidentlərdir. COVID-19 virusunun aşkar edildiyi şəxslərdən üçü əcnəbi idmançı, üçü əcnəbi jurnalist, 10-u Olimpiya nümayəndə heyətinin üzvü və daha üçü müqavilə əsasında çalışan əməkdaşlardır.

Beləliklə, bu günə olan son məlumata görə Olimpiya Oyunları ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb. Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si Atletlər kəndə yaşayır.