logo

SOCAR-ın işdən azad olunan rəhbər şəxsləri ilə görüş keçirilib

18:08 22-07-2021 | icon 1799
SOCAR-ın işdən azad olunan rəhbər şəxsləri ilə görüş keçirilib

İyulun 22-də SOCAR-ın baş ofisində prezidentin müvafiq sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.

Şirkətdən YeniAvropa-ya bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək deyib: “Sizinlə birgə keçdiyimiz bu çətin və şərəfli yol Azərbaycanın iqtisadi inkişafı və yüksəlişi dövrünə təsadüf edib. Son 15 ildə prezident İlham Əliyev bizim hər birimizə böyük etimad göstərərək qarşımıza yüksək hədəflər qoyub. Azərbaycan prezidentinin rəhbərliyi ilə həmin hədəflərə çata bilmişik. Şirkətimizin və ölkəmizin böyük inkişafında iştirak etmək imkanını bizə verdiyinə görə Azərbaycan prezidentə minnətdar olmalıyıq”.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və şirkət rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar da çıxış edib, onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və dövlətçiliyin güclənməsi istiqamətində var güclərini sərf edəcəklərini deyiblər.

Sonda B.Hüseynova, D.Məmmədova, M.İsmayılova və T.Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilib və xatirə şəkli çəkdirilib.