Qurban Qurbanov: Sabah ən yaxşısını etməyə çalışacağıq
İlk oyunlar bir az çətin keçir. Buna baxmayaraq hazırlığımız pis alınmayıb. Müəyyən problemlər var. Çalışacaq ki, bunlar meydanda özünü göstərməsin. Sabah ən yaxşısını etməyə çalışacağıq.
YeniAvropa xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsrail "Aşdod"u ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis transferlərdə bəzi problemlərin olduğunu bildirib: "Müsahibələrimdə bildirdim ki, ən çox transferlərə zaman ayırırıq. Amma tam istədiklərimizi əldə etməmişik. Müzakirələr və axtarışlar davam edir. Asan deyil, bizdən asılı olmayan səbəblər var. Bəzi detallarda razılaşmışıq. Bəzən klublarla anlaşa bilməmişik. Biz peşəkar klubuq, əlimizdə olanların performansını saxlamaq istəyirik. Transfer məsələsi son vaxt dünya bazarında problemə çevrilib. Bu il bizə daha çox futbolçu almaq lazım idi. Bir neçə oyunçu komandanı tərk edib. Qarşıdakı vaxtlarda düşündüyümüz transferləri həll edəcəyik".
Təcrübəli baş məşqçi hər iki qapıçının "Aşdod"la oyuna hazır olduğunu, lakin start heyətdə kimin meydana çıxması ilə bağlı qərar verilmədiyini söyləyib.
Qurbanov yeni transfer Marko Veşoviç haqqında bunları diqqətə çatdırıb: "Onun zədəsi var idi. 6 ay oynamayıb. Mayda "Legiya"da və millidə matçlar keçirib. Ümumi durumu pis deyil. Yığmanın oyunlarından sonra fərdi məşq edib. Bu, bizə bir az narahatlıq verir. Sabah 18-likdə olacaq. Lazım gəlsə, ondan istifadə edə bilərik".
Mütəxəssis rəqibi bacardıqları qədər təhlil etdikləri etdiklərini sözlərinə əlavə edib: "Rəqibdə dəyişikliklər çox olub. Bəlkə sabah bizim düşündüyümüzdən fərqli oynaya bilərlər. Bu komandanın öz oyun üslubu var. Ondan əl çəkmirlər. Diqqətli müdafiə olunur və təhlükəli əks hücumlara çıxırlar. Sabah qalib gəlmək üçün futbolçulardan çox şey tələb olunur".
Baş məşqçi azarkeşsiz futbolun maraqsız olduğunu bildirib: "Futbolçu daha çox azarkeşə görə oynayır. Fanatlar daim uğurlarımız üçün sevinir. Onların tribunada olması bizim üçün üstünlükdür. Buna hamımız sevinirik. Azarkeşləri meydanlara qayıtmaqları münasibətilə təbrik edirəm. Biz onlar üçün darıxmışıq. Futbolu onlar üçün oynayırıq. Meydanda əlimizdən gələni etməyə çalışacağıq. Fanatların meydanda olması bizim üçün əlavə üstündür".
Q.Qurbanov Ramil Şeydayevin durumunun pis olmadığını söyləyib: "Aqressiv futbolçu həmişə istənilən komandaya fayda verir. Şeydayev sabahkı oyuna hazırdır. Onun potensialını açmağa çalışacağıq. Musa Qurbanlını isə əsas heyətdə görməyəcəyik.
Mütəxəssis son olaraq hücum mövqeyindəki çatışmazlıqdan danışıb: "Hamımız hücum xəttini düşünürük. Bilirəm ki, mütləq bu mövqeyə bir oyunçu lazımdır. Bundan əlavə müdafiədə problem var. Oranı da yaxşılaşdırmaq istəyirik. Bəzən hər klubda böyük dəyişikliklərə ehtiyac olur. Bu gün biz hər şeyi yenidən qurmaq istəyirik. Komandada xeyli dəyişiklik etmək istəyirəm. 3-4 illik kollektiv qurma istəyirik. Çox tələsmək də istəmirik ki, yanılmayaq. Sosial şəbəkələrdən uzağam, amma daim fikirlərlə maraqlanıram. Azarkeşlər də komandanın yaxşı olmasını istəyir. Bu yöndə işlər gedir. İstəyirik ki, transferlər edək. İnanın ki, asan və rahat deyil. Bəzən sonda kiçik elementlər bizə mane olub. Əlimizdəki oyunçuların da sağlamlığını və formasını qoruyub saxlamaq niyyətindəyik".
Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub