logo

UEFA Çempionlar Liqası: "Olimpiakos" və "Neftçi"nin start heyətləri açıqlanıb

21:21 21-07-2021 | icon 2471
UEFA Çempionlar Liqası: "Olimpiakos" və "Neftçi"nin start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək "Olimpiakos" (Yunanıstan) və "Neftçi" (Bakı) komandalarının start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da Yunanıstanın Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək.

Bakı təmsilçisinin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Mert Çelik və Yusuf Laval yer alıblar.

"Olimpiakos"un heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Məhəmməd Kamara, Andreas Buxalakis, Ahmed Hassan, Tanasis Andrutsos, Pyer Kunde, Giorqos Masuras, Svetozar Markoviç, Oleq Ryabçuk və Lazar Ranceloviç meydana çıxacaqlar.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda təşkil olunacaq.

"Neftçi" Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.

Cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.