logo

ABŞ qoşunlarının 95 faizini Əfqanıstandan çıxarıb

20:50 21-07-2021 | icon 3465
ABŞ qoşunlarının 95 faizini Əfqanıstandan çıxarıb

ABŞ qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması prosesi praktik olaraq başa çatdırılıb. Kabilin hüdudlarından kənardakı bütün hərbi bazalar tərəfdaşlara verilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə iyulun 21-də keçirilən brifinqdə ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri general Mark Milli jurnalistlərə bildirib. Onun sözlərinə görə, üç aydan da az vaxtda qoşunların 95 faizinin çıxarılmasına nail olunub. Bundan başqa, Kabildən kənarda yerləşən bütün hərbi bazalar Əfqanıstan Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələrinə təhvil verilib.

ABŞ və NATO qoşunların rəsmi çıxarılması prosesinə mayın 1-də başlayıb. Həmin vaxtadək Əfqanıstanda 3500 Amerika hərbi qulluqçusu və NATO-nun 7000 əsgəri qalmışdı. Əməliyyatların pik vaxtında isə ABŞ və müttəfiqlərinin bu ölkədəki hərbçilərinin sayı 150 mindən çox idi.