logo

Sinoptiklərdən güclü külək,işimşək, ntensiv yağış və dolu xəbərdarlığı

13:44 21-07-2021 | icon 511
Sinoptiklərdən güclü külək,işimşək, ntensiv yağış və dolu xəbərdarlığı

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, xəbərdarlığa əsasən, iyulun 22-dən 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir saniyədə 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə 23-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi bildirilir.