logo

Avstraliya 2032-ci ildə üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək

11:55 21-07-2021 | icon 2275
Avstraliya 2032-ci ildə üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək

2032-ci ildə Yay Olimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyanın paytaxtı Tokioda keçirilən sessiyasında qərar qəbul olunub.

Avstraliya üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Belə ki, 1956-cı ildə Olimpiada Melburn, 2000-ci ildə isə Sidneydə təşkil olunub.

Xatırladaq ki, 2024-cü ildə Yay Olimpiya Oyunlarına Paris, 2028-ci ildə isə Los-Anceles şəhərləri ev sahibliyi edəcək.

Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Azərbaycanı yarışda 44 idmançı təmsil edəcək.