logo

Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib

13:48 20-07-2021 | icon 1722
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

YeniAvropa xəbər verir ki, Rusiya prezidenti millətlərarası razılığın, mədəni rəngarəngliyin qorunub saxlanmasında İslam dəyərlərinin əhəmiyyətini qeyd edib. V.Putin vurğulayıb ki, kökünü əsrlərdən götürən Qurban bayramı insanları xeyirxahlığa, ədalətə, imana çağırır.

Prezident qeyd edib ki, bütün dünya dinlərinin təməlini təşkil edən bu yüksək humanist, mənəvi ideallar Rusiya cəmiyyətinin birləşməsinə xidmət edir.