ADU-da Pakistan dil və mədəniyyət mərkəzi açılacaq
“İnanıram ki, Azərbaycan Dillər Universitetində(ADU) açılacaq Pakistan dil və mədəniyyət mərkəzi Pakistanlı və Azərbaycanlı gənclər üçün, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq".
YeniAvropa xəbər verir ki, bu fikri ADU-nun rektoru akademik Kamal Abdulla Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşündə səsləndirib.
Rektor ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında səfirə məlumat verib. Universitetdə 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzinin uğurlu işindən danışan Kamal Abdulla qeyd edib ki, Vətən müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Rektor yaxın günlərdə Şuşa şəhərində olan səfirdən təəssüratlarını bölüşməyini rica edib.
Səfir Bilal Hayee rektora ideyaları dəstəklədiyi üçün təşəkkür edərək deyib: “Şuşa unudulmaz şəhərdir, möhtəşəm iqlimi var, bir gecə orada qalmaq bizim üçün unudulmaz xatirədir. Oradan Xankəndi də görünürdü, inanıram ki, tezliklə ora da öz sahiblərinə qayıdacaq. Mən Şuşadan bir videonu sosial şəbəkələrdə paylaşdım, geniş reaksiya doğurdu, eyni zamanda, ermənilərdən təhdid mesajları da aldım”.
Rektor öz növbəsində deyib ki, Azərbaycan tarixən multikultural ölkə olub, bizim torpaqlarda müxtəlif dillərin, dinlərin və irqlərin nümayəndələri həmişə birlikdə yaşayıblar: “Siz bir də Qarabağa gedəndə oraların qısa zamanda necə dirçəldiyini görəcəksiniz”.
Kamal Abdulla bildirib ki, universitetdə açılacaq Pakistan dil və mədəniyyət mərkəzi Pakistanın Azərbaycanda ilk mədəni məkanı olacaq və öz fəaliyyəti ilə ölkəyə, regiona səs salacaq.
Görüşdə ADU-nun elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov və beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova müxtəlif istiqamətlərdə universitetlərarası əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, ADU-da fəaliyyətə başlayacaq Pakistan dil və mədəniyyət mərkəzinin ekvivalenti kimi Pakistanın ən böyük universitetlərindən biri olan Kəraçi Universitetində Azərbaycan dil və mədəniyyət mərkəzi açılacaq.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir