logo

“Qəddafi mənə 20 milyard dollar təklif etmişdi, razılaşmadım...” - Nazarbayevdən sensasion açıqlama

15:17 17-07-2021 | icon 3626
“Qəddafi mənə 20 milyard dollar təklif etmişdi, razılaşmadım...” - Nazarbayevdən sensasion açıqlama

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin sözlərinə görə, Liviyanın keçmiş prezidenti Muəmmər Qəddafi SSRİ-nin dağılmasından sonra ona Sovet nüvə silahlarının Qazaxıstan ərazisində saxlanılması üçün 20 milliyard dollar təklif edib.

 YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə N.Nazarbayev amerikalı rejissor Oliver Stouna "Qazax: qızıl bir insanın hekayəsi" filminin çəkilişi zamanı verdiyi müsahibəsində danışıb.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində Fələstin Milli Azadlıq Hərəkatının sədri Yasir Ərəfat Qəddafinin adından ölkədəki nüvə silahları ilə bağlı vəziyyəti öyrənmək üçün Qazaxıstana səfərə gəlib. Keçmiş prezident qeyd edib ki, o vaxt nüvə raketlərini kiməsə satmaq və ya bunun üçün pul götürmək onun ağlına belə gəlməyib. Buna baxmayaraq, Y.Ərəfata raketləri saxlamağın çox baha olduğunu söyləyib. Eyni zamanda, zarafatla Qazaxıstanın öz ərazisindəki nüvə silahını qoruyub saxlaması üçün 20 milyard dollara ehtiyac olduğunu əlavə edib. Bu sözlərə Fələstin Azadlıq Hərəkatının  sədri ciddi yanaşıb və Qazaxıstanın tələb olunan miqdarda pulla təmin olunacağını Qəddafinin adından ona bildirib.

Sovet İttifaqının dağılmasından sonra Qazaxıstanın dünyanın dördüncü ən böyük nüvə arsenalına sahib idi.  Nazarbayev, həmin illərdə İngiltərənin baş naziri Margaret Tetçer və ABŞ dövlət katibi Ceyms Beykerin onu ziyarət etdiyini və ölkənin nüvə silahları ilə bağlı planlarını da soruşduğunu deyib.

Bundan əvvəl Nazarbayev, Rusiya, ABŞ, Çin və Avropa İttifaqının iştirakı ilə nüvə tərksilahına dair sammit keçirilməsini təklif edib. Onun fikrincə, sammitin əsas mövzularından biri nüvə silahının mərhələli və mütənasib şəkildə azaldılmasına dair çoxtərəfli razılaşmanın hazırlanması olmalıdır. Nazarbayev qeyd edib ki, Qazaxıstan bu görüş üçün platforma təqdim etməyə hazırdır.