Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Şəmkir rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
İdarədən YeniAvropa-ya daxil olan məlumatda bildirilir ki, iyulun 14-də saat 23:37 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisindən keçən 404-cü kilometrliyində Şəmkir rayon sakini 1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun idarə etdiyi “QAZ 3110” markalı 20-EX-453 dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Şahin Siyavuş oğlunun idarə etdiyi “QAZ 33021” markalı 44-BT-184 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “QAZ 3110” markalı avtomobilin sürücüsü R.Məmmədov, həmin avtomobildə olan sərnişinlər - Şəmkir rayon sakinləri 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu və 1964-cü il təvəllüdlü Cəfərov Bəhman Salman oğlu aldıqları xəsarətlərdən ölüblər. “QAZ 33021” markalı yük avtomobilinin sürücüsü Ş.Məmmədov və sərnişini Ağstafa rayon sakini 1974-cü il təvəllüdlü Bayramov Ədalət Cəlal oğlu xəsarət alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.