Şəmkir rayonunda qətl hadisəsi törədilib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov şəxsi münasibətlər zəminində qaynanası, 1963-cü təvəllüdlü Sədaqət İbadullayevanı və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırmalara başlanılıb.