logo

Azərbaycan Ordusunun zabiti intihar etdi-Müdafiə Nazirliyi 

10:40 13-07-2021 | icon 5096
Azərbaycan Ordusunun zabiti intihar etdi-Müdafiə Nazirliyi 

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə edərək iyulun 12-də intihar edib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.