logo

Tbilisinin meri Bakıya  səfərə gəlir

09:44 13-07-2021 | icon 5145
Tbilisinin meri Bakıya  səfərə gəlir

Tbilisi şəhərinin meri Kaxa Kaladze bu gün Bakıya rəsmi səfərə gəlir.

YeniAvropa xəbər verir ki, bu barədə Tbilisi meriyasının mətbuat xidməti məlumat yayıb.

iki gün davam edəcək səfər çərçivəsində  K.Kaladze Tbilisi və Bakının qardaşlaşması haqqında memorandum imzalayacağı gözlənilir.

O, həmçinin müxtəlif formatlarda yüksək səviyyəli görüşlər də keçirəcək.

Xatırladaq ki, hakim “Gürcü arzusu” partiyası tərəfindən Tbilisi şəhərinin meri vəzifəsinə namizədliyi irəli sürülməzdən əvvəl Kaxa Kaladze Gürcüstanın baş nazirinin müavini, energetika naziri vəzifələrində çalışıb.