logo

Din xadimləri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qıldılar

09:29 11-07-2021 | icon 6083
Din xadimləri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qıldılar

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri davam edir.

 YeniAvropa xəbər verir ki,  səfər iştirakçıları Yuxarı Gövhərağa məscidini ziyarət edib, məsciddə Sübh namazı qılıb, dualar oxuyublar.

Qeyd edək ki, səfərdə Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Rus Pravoslav kilsəsinin nümayəndələri və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri iştirak edirlər.