logo

Bölgə turizmi:Ofisiantlar müştərini gözləri ilə "skan" edib,qiymət çıxarır

16:30 08-07-2021 | icon 4361
Bölgə turizmi:Ofisiantlar müştərini gözləri ilə "skan" edib,qiymət çıxarır

"Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. "Jiquli" ilə gələnə bir qiymət, "Bently" ilə gələnə digər qiymət. Şortiklə gələnə əlavə ödəmə, ərəblərin isə ümumiyətlə, mərhəmətə zərrə qədər də şansları yoxdur, tanış gəlir?".

YeniAvropa xəbər verir ki, bu sözləri aparıcı Azər Qərib səsləndirib. Jurnalist son günlər Azərbaycanda turizm sahəsində baş verən narazıçılıqlardan söz açıb.

Rayonlara səfər zamanı gördüklərini bölüşən A.Qərib bildirib ki, restoranlarda vahid qiymətlər yoxdur. Qiymət müştərinin xarici görünüşünə, avtomobilinə və geyiminə görə dəyişir.

"Bəli, Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə. Ofisiantlar gələn müştərini gözləri ilə skan edirlər, harada işləyir, maaşı nə qədərdir, "konvert"də nə qədər alır, neçə faiz "otkat"la işləyir, öz pulunu xərcləyir, yoxsa əxlaqlarında ciddi problemləri olan bu qızları qaynatasının puluna yedizdirir. Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar",-deyə Azər Qərib gileylənib.