logo

Borca görə Telman İsmayılovun atasının adına olan stadion satılır

16:10 08-07-2021 | icon 4361
Borca görə Telman İsmayılovun atasının adına olan stadion satılır

Türkiyədə Azərbaycan əsilli milyarder Telman İsmayılovun atasının adını daşıyan və tikintisi 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli hotellərindən olan  yeddiulduzlu “Mardan Palace"in nəzdindəki "Mardan Stadium" satışa çıxarılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, T.İsmayılovun uzun müddətdir borcunu ödəyə bilməməsi səbəbindən "Mardan Stadium" İstanbul Anadolu 3-cü İcra Ofisi tərəfindən hərraca qoyulub.

Hərrac iyulun 28-də İstanbul Anadolu Ədliyyəsində baş tutacaq.  Stadion 178 milyon 854 lirə qarşılığında satışa çıxarılacaq. 

Qeyd edək ki, 102 min 645 kv.m-lik ərazidə inşa edilmiş "Mardan Stadium"da idman kompleksi və bazalar, 2 futbol meydançası, 5 tribuna, məşq meydançaları mövcuddur. 

0-1-0-0-4

Xatırladaq ki, 2015-ci ildə T.İsmayılov borclarının müəyyən qismini ödədiyi üçün "Mardan Palace"in satışı dayandırılmışdı. 

0-1-0-0-3