logo

Azərbaycan-Macarıstan münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

12:55 02-07-2021 | icon 8316
Azərbaycan-Macarıstan münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Macarıstan tarixi köklərinə əsaslanaraq xarici siyasətində türkdilli dövlətlərlə münasibətləri inkişaf etdirməyə, türk dünyasına inteqrasiyaya xüsusi əhəmiyyət verir.

 YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyulun 2-də keçirilən iclasında deyib.

Parlament nümayəndə heyətinin bu günlərdə Budapeştə rəsmi səfərindən danışan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

"Ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir və bu əməkdaşlığın dərinləşdirilməsinə hər iki tərəfdən böyük diqqət göstərilir",-deyə Sahibə Qafarova vurğulayıb .