logo

Ermənilər Xocavənddə basdırdıqları minaya düşüblər:1 ölü, 2 yaralı var

19:09 30-06-2021 | icon 8883
Ermənilər Xocavənddə basdırdıqları minaya düşüblər:1 ölü, 2 yaralı var

İyunun 30-da günorta saatlarında Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə ermənilər sosial şəbəkədə məlumat paylaşıblar. 

Bildirilib ki, Ermənistan ordusu hərbçilərinin basdırdıqları minaya üç erməni düşüb.  Gücü partlayış nəticəsində bir erməni ölüb. Ağır xəsarət alan iki erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb.

Yaralananlardan biri Qarik Nalbandyan ayağını, Arik Arakelyan isə qolunu itirib. Partlayış nəticəsində ölən erməninin cəsədinin qalıqları axtarılır.