logo

Bakıda Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

12:10 30-06-2021 | icon 11333
Bakıda Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi sahədə bağlanmış əməkdaşlıq haqqında sazişə əsasən Bakıda iyunun 28-də başlayan “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.