logo

Hövsanda "Jiquli"sini aşıran sürücü xəstəxanada öldü

12:57 24-06-2021 | icon 2002
Hövsanda "Jiquli"sini aşıran sürücü xəstəxanada öldü

Suraxanı rayonunun Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhər sakini İlham Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qəsəbə ərazisində aşırıb.

Qəza nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.