logo

11831 hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi

11:33 24-06-2021 | icon 1316
11831 hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 11 min 831 hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif olunanların 1-i general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.