logo

Baş Prokurorluqdan “Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama

11:08 24-06-2021 | icon 1813
Baş Prokurorluqdan “Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama

Baş Prokurorluq iki gün əvvəl 22 yaşlı gəncin intihar etməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın gedişi və nəticəsinə uyğun olaraq qanuni qərar qəbul olunacaq, bu barədə ictimaiyyətə məlumat veriləcək.