logo

“EURO-2020”:1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

09:10 24-06-2021 | icon 3899
“EURO-2020”:1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

İyunun 23-də F qrupundakı Portuqaliya - Fransa və Macarıstan - Almaniya oyunundan sonra "EURO-2020“nin səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

 YeniAvropa xəbər verir ki,  səkkizdəbir final mərhələsinin iyunun 26-da saat 20:00-da başlayacaq birinci oyununda Uels və Danimarka milliləri qarşılaşacaqlar. Həmin gün saat 23:00-da İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər.

İyunun 27-də Niderland -Çexiya (20:00), Belçika - Portuqaliya (23:00), iyunun 28-də Xorvatiya - İspaniya (20:00), Fransa - İsveçrə (23:00), iyunun 29-da isə İngiltərə - Almaniya (20:00) və İsveç - Ukrayna (23:00) komandalarının oyunu ilə səkkizdəbir final mərhələsinə yekun vurulacaq.