logo

"Tokio 2020" Yay Olimpiya Oyunlarına 30 gün qaldı

14:15 23-06-2021 | icon 3234
"Tokio 2020" Yay Olimpiya Oyunlarına 30 gün qaldı

Bu gün “Tokio-2020” Yay Olimpiya Oyunlarının başlamasına düz bir ay qalır.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, Olimpiadanın təşkili ilə bağlı bəzi məsələlərə hələ də tam aydınlıq gətirilməməsinə baxmayaraq, bütün dünyadan gələcək idmançıların qəbulu üçün hazırlıq işləri sürətlə davam edir.

Oyunlar iyulun 23-də koronavirus pandemiyasına görə bir il davam edən fasilədən sonra başlayacaq. Yarışların iştirakçısı olacaq idmançıların cari ayda başa çatacaq təsnifat turnirlərindən sonra bəlli olacağı da qeyd edilir. Yaponiyaya gələcək idmançılar bütün ölkə üzrə müəyyən edilmiş təlim-məşq bazalarına yollanacaqlar.

Bu ərəfədə Tokio Olimpiya Oyunlarının təşkilatçıları yarışların keçiriləcəyi obyektlərdə spirtli içkilərin satışının qadağan ediləcəyi barədə qərarlarını açıqlayıblar. Bu qərara görə, tamaşaçılardan bütün növ spirtli içkilərdən imtina etmələri tələb olunacaq.

Təşkilat komitəsinin sədri Seyko Haşimotonun bildirdiyinə görə, təşkilatçılar hazırda tədbirlərin təşkili qaydalarını dəqiqləşdirməklə yanaşı, tamaşaçıların profilaktik tədbirlərə əməl etməsini və ucadan danışmaması kimi halları da araşdırırlar.