logo

Dünya Bankının kreditindən imtina edildi:Şərtlər Azərbaycanı qane etmədi

12:42 23-06-2021 | icon 2499
Dünya Bankının kreditindən imtina edildi:Şərtlər Azərbaycanı qane etmədi

Azərbaycan Dünya Bankının kreditindən imtina edib. 

 YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən   bildirilib.

Qeyd edilib ki, Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib:"Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil".