logo

Azərbaycan nefti 75,72 dollara satılır

10:30 23-06-2021 | icon 4277
Azərbaycan nefti 75,72 dollara satılır

Azərbaycan neftinin qiyməti bahalaşır.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,43 dollar artaraq 75,72 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, 2019-cu ilin iyun ayından bəri Azərbaycan neftinin maksimum satış qiyməti bu il iyunun 17-da qeydə alınıb. Həmin gün neftinin satış qiyməti maksimumadək yüksəlib-76,52 $.